24 sentyabr 2024 23:49
88

Bayden zarafatla 40 yaşında göründüyünü deyib

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən ABŞ Prezidenti Co Bayden zarafatla 40 yaşında göründüyünü deyib.

“İki sahil” xəbər verir ki,  bu barədə Bayden Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu Sessiyası öncəsi çıxışında danışıb.

Onun sözlərinə görə, bu, onun BMT Baş Assambleyasında son çıxışı olacaq.

“Mənim həmkarlarım, bu gün mən dördüncü dəfədir ki, Birləşmiş Ştatların Prezidenti kimi bu assambleyada çıxış etmək şərəfinə nail oluram. Bu artıq sonuncu olacaq.

Mən tarixin əlamətdar dövrünə şahidlik etmişəm. İlk dəfə 1972-ci ildə ABŞ senator vəzifəsinə seçildim. İndi isə cəmi 40 yaşım var. Bunu bilirəm”.