25 sentyabr 2024 08:53
80

Çin döyüş başlıqlı qitələrarası ballistik raket buraxıb

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qüvvələri Sakit okeanın açıq suları istiqamətində döyüş başlıqlı qitələrarası ballistik buraxıb.

“İki sahil” xəbər verir ki, Çinin Müdafiə Nazirliyi raketin dənizdə planlaşdırılan zonaya düşdüyünü açıqlayıb. Nazirlik sınaq buraxılışının illik təlim planına uyğun icra edildiyini, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğun olduğunu, heç bir ölkəyə və ya obyektə qarşı yönəlmədiyini bəyan edib.