25 sentyabr 2024 09:22
90

Kilian Mbappenin "Atletiko" ilə matçda iştirakı sual altındadır

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe La Liqanın VII turunda "Alaves"lə oyunda zədələnib.

"İki sahil" "Relevo"ya istinadən xəbər verir ki, fransalı hücumçunun bud sümüyündə problemlər var. 25 yaşlı hücumçunun növbəti - "Atletiko" ilə matçda iştirakı sual altındadır.

Qeyd edək ki, K.Mbappe "Alaves"lə oyunun 80-ci dəqiqəsində zədələnərək əvəzlənməsini istəyib. Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Madrid klubu 17 xalla turnir cədvəlində ikincidir. "Alaves" 10 xalla 8-ci yerdə qərarlaşıb.