25 sentyabr 2024 15:28
82

“Fənərbaxça”dan sərt ATAMAN QƏRARI

“Fənərbaxça” Türkiyə millisinə basketbolçu göndərməyəcək. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi açıqlama yayıb. 

Açıqlamada yığmanın çalışdırıcı Ergin Atamanın etdiyi hərəkət tənqid edilib və milliyə oyunçu göndərməmək qərarı alındığı bildirilib: “Kişilərdən ibarət milli komandanın baş məşqçisinin çalışdırdığı “Panatinaikos”un oyunundan sonra tribunadan ictimaiyyətə münasibəti hər kəsə bəllidir.

Bu şəxsin xarakteri, münasibəti və üslubu ilə missiyası aydındır. Milyonlarla tamaşaçı qarşısında gördüyü işlər onun “milli komandanın baş məşqçisi” kimi nüfuzu və şəxsiyyəti ilə tamamilə ziddiyyət təşkil edir. Milli komanda bizim komandadır. Bu komandanın üzvü olan hər bir şəxs bu vəziyyətdən xəbərdar olmalı və buna görə məsuliyyət daşımalıdır.

Bu hərəkət cəmiyyətimizə, milli komandanın baş məşqçisi olmaq prestijinə və hətta bir cəmiyyətə rəğbət qazandırmaq naminə ölkəmizə qarşı böyük hörmətsizlikdir.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, “hörmətlilik və qərəzsizlik” kimi vazkeçilməz keyfiyyətlər tələb edən bu vəzifədə olduğu müddətdə milli komandamıza oyunçu göndərməməyə qərar vermişik”. 

Qeyd edək ki, Ergin Ataman ötən gün “Qalatasaray” və “Panatinaikos” arasında keçirilən oyundan sonra etdiyi hərəkətlə gündəmə gəlib. O, Türkiyə futbol çempionatında keçirilən “Fənərbaxça” – “Qalatasaray” (1:3) hesabını əli ilə tribunalara göstərib. “Fənərbaxça” tərəfdarları isə Türkiyə yığmasının baş məşqçisinə sərt reaksiya göstərib.