25 sentyabr 2024 18:55
86

Noyer zədəsini sağaldıb

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədəsini sağaldıb.

“İki sahil” xəbər verir ki, 38 yaşlı qapıçı Bundesliqanın V turunda son ölkə çempionu "Bayer 04" komandasına qarşı matçda meydanda olacaq.

O, bir tur əvvəl keçirilən "Verder"lə oyunu (5:0) buraxmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, M.Noyer UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Dinamo" (Zaqreb, Xorvatiya) ilə görüşündə zədə almışdı.