25 sentyabr 2024 20:28
86

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

“İki sahil” xəbər verir ki, sentyabrın 29-da bulvar ərazisində, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.

Sentyabrın 28-də saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Bir gün sonra 10:00-da turnirin rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.