26 sentyabr 2024 11:46
250

SOCAR Qazaxıstanda “Neft və Qaz” Sərgi və Konfransında öz stendi ilə iştirak edir

25 sentyabr 2024-cü il tarixində Almatı şəhərində təşkil olunan Qazaxıstan Beynəlxalq “Neft və Qaz” Sərgi və Konfransı 2024 (KIOGE 2024) işinə başlayıb.

“İki sahil” xəbər verir ki, enerji sektorunun mühüm tədbirlərindən sayılan və 27 sentyabradək davam edəcək sərgidə SOCAR da öz stendi ilə iştirak edir.