28 sentyabr 2024 10:03
103

"Sabah" “Spirou” ilə də üz-üzə gələcək

"Sabah" basketbol komandasının Avropa Kubokundakı sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib.

“İki sahil” xəbər verir ki,  Bakı klubu Belçika təmsilçisi “Spirou” ilə də üz-üzə gələcək. FIBA Avropa kubokunun G qrupunda yer alacaq “Sabah”ın digər rəqibləri Yunanıstanın “Marussi” və İsveçin "Norrçepinq Dolfins" klublarıdır. Paytaxt klubu oktyabrın 9-da "Spiru"nun qonağı olacaq. "Bayquşlar" oktyabrın 16-da "Norrçepinq Dolfins"i, 30-da "Spiru"nu qəbul edəcək.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda noyabrın 6-da səfərlə "Marussi" ilə, 13-də "Norrçepinq Dolfins"lə qarşılaşacaq.