28 sentyabr 2024 10:25
100

"Lənkəran”da sayca 6-cı amerikalı basketbolçu

"Lənkəran" klubu heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib.

“İki sahil” təmsilçisinin mətbuat xidmətinə istinadən bildirir ki, klub Andre Bolla ilə anlaşıb. 24 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. O, daha əvvəl ölkəsində “Cal State Dominguez Hills” və “Pepperdine University”nin şərəfini qoruyub.

Qeyd edək ki, bu “Lənkəran”nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Gregorey Milton və Ceremi Berraytı heyətinə qatıb.