28 sentyabr 2024 12:42
85

Rusiyalı voleybolçunun müqaviləsinin müddəti uzadılıb

"Azərreyl"in kişilərdən ibarət komandası rusiyalı voleybolçunun müqaviləsinin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serqey Platanenkov cari mövsümdə də Bakı təmsilçisinin uğurları üçün çalışacaq. Qeyd edə ki, 27 yaşlı oyunçu 2023-cü ildən "Azərreyl"in formasını geyinir.