28 sentyabr 2024 13:50
97

“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb

“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Gənc fotoovçu yaşıl kənddə” adlı layihəsi həyata keçirir.

“İki sahil”in məlumatına görə, Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki, layihənin müddəti 3 ay davam edəcək. Hazırda layihə ilə bağlı ilkin olaraq icra planına uyğun təşkilatı işlər görülür. Layihə gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaq əsas məqsədlərdən biridir.