28 sentyabr 2024 15:27
87

İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub

İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.

“İki sahil” xəbər verir ki,  “Sada al-Balad” telekanalı bu barədə Livan Nəqliyyat Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb. “İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, - deyə məlumatda bildirilir. Nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.

Qeyd edək ki, son günlər aviaşirkətlərin əksəriyyəti Livan-İsrail sərhədində gərginliyin artması və paytaxt Beyrutun mütəmadi bombardmanı səbəbindən ərəb ölkəsinə uçuşları dayandırıb.