29 sentyabr 2024 00:45
80

Emin Mahmudov "Sumqayıt"la oyunun iştirak ərizəsində niyə olmayıb?

"Neftçi"nin futbolçusu Emin Mahmudov Misli Premyer Liqasının 8-ci turunda "Sumqayıt"la matçın (1:1) iştirak ərizəsində olmayıb.

“İki sahil” xəbər verir ki, oyundan sonra təşkil olunmuş mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk onun zədəli olduğunu bildirib: “Yüngül zədəsi var. Həkimlərin proqnozuna görə, gələn həftədən məşqlərə qoşulacaq”.

Qeyd edək ki, daha öncə Roman Qriqorçuk Emin Mahmudovdan kapitanlığı almışdı.