30 sentyabr 2024 10:27
73

Zaur İbrahimli: Azərbaycana qarşı təzyiqlər xüsusilə mötəbər tədbirlər ərəfəsində artır

Azərbaycana qarşı təzyiqlər xüsusilə mötəbər tədbirlər ərəfəsində artır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mübarizə mövzusunda keçirilmiş dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan ideoloji təzyiqlərə qarşı mübarizə aparmalıdır: "Əlbəttə, belə təzyiqlər nəticə vermir. Azərbaycana qarşı siyasi təzyiq üsullarından biri kimi də eynicinslilərin nikahının müdafiəsidir".

Z.İbrahimli həmçinin Ermənistanın sürətlə silahlandırılması məsələsinə də diqqət çəkib: "İndi Ermənistan sülhdən yalnız pərdə kimi istifadə edir. Beynəlxalq ictimaiyyət isə ikili standartlardan çıxış edir. Növbə Ermənistana gələndə heç nə görmür, eşitmir".