30 sentyabr 2024 11:43
80

Bursada 35 sərnişin dəhşət yaşadı

Bursansanın İnegöl rayonundan 35 sərnişinlə yola çıxan avtobusda yanğın baş verib. Sürücü avtobusu yol kənarına çəkib sərnişinləri təxliyyə edərkən avtobus yanıb.

“İki sahil” xəbər verir ki, yanğın Erkan Sevinin idarə etdiyi 16 PC 787 nömrəli sərnişin avtobusunun mühərrik hissəsində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülsə də, avtobus yararsız hala düşüb.