30 sentyabr 2024 13:49
89

Hizbullah rəsmisi: İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq

İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq.

“İki sahil” xəbər verir ki, bu barədə Hizbullah baş katibinin müavini Naim Qasım təşkilatın lideri Həsən Nəsrullahın öldürülməsindən sonra ilk açıqlamasında bildirib.

“Hizbullah liderini əvəz edəcək adamlar var, biz lazım olan hər şeyi etdik və alternativlərimiz var. Biz Hizbullah üçün yeni rəhbər seçəcəyik”- deyə Naim Qasım bildirib.

”Düşmənlərimizin ağlında olanların heç biri həyata keçməyəcək və Allahın izni ilə qələbə bizimdir”, - deyə o vurğulayıb.