30 sentyabr 2024 12:19
72

İnquşetiyada terror aktına cəhdlərin qarşısı alındı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı bir neçə terror aktı cəhdinin qarşısını alıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. 

Məlumata görə, hadisə ilə bağlı Rusiya vətəndaşı olan 8 nəfər saxlanılıb. Onlardan biri saxlanılarkən silahlı müqavimət göstərib və nəticədə zərərsizləşdirilib.

Saxlanılanların, həmçinin regionun energetika obyektlərinə qarşı diversiyaya da hazırlaşdığı qeyd olunub.