30 sentyabr 2024 12:45
81

Elnur Soltanov: Azərbaycanda bərpa olunan enerji ilə işləyən stansiyalar qururuq

“Azərbaycan elektriki hazırda təbii qazdan alır”.

“İki sahil” xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Azərbaycanın enerji keçidi” panelində çıxışı zamanı Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.

O bildirib ki, Azərbaycan heç vaxt kömür istifadə etməyib:

“Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub. Biz bütün sovet infrastrukturunu yığışdırırıq. Yarım milyard kubmetr qaz qənaət etmək imkanımız olacaq. Biz təkcə qazla işləyən deyil, eyni zamanda bərpa olunan enerji ilə işləyən enerji stansiyaları qururuq”.