30 sentyabr 2024 14:09
85

"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə Azərbaycanın yaşıl enerji sektorunda fəaliyyəti müzakirə edilib

"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə "Azərbaycanın enerji keçidi" adlı panel sessiyası yekunlaşıb.

“İki sahil” xəbər verir ki, panel sessiyada yaşıl enerji sektoru, Azərbaycanın enerji sektorunda gördüyü işlər müzakirə edilib.

Paneldə çıxış edən energetika naziri Elnur Soltanov deyib ki, Azərbaycanda ətraf mühitə emissiya edilən istilik effekti yaradan qaz tullantılarının 70 % -i enerji sektorunun payına düşür.

O bildirib ki, enerji sektorunda Azərbaycan səmərəli tədbirlər həyata keçirir.

"SOCAR-Green" şirkətinin direktoru Elmir Musayev deyib ki, yaşıl enerjiyə qlobal keçid və iqlimin davamlılığı SOCAR-a qlobal bazarda iştirakını genişləndirməyə imkan verib.

E.Musayev vurğulayıb ki, SOCAR Green gənc şirkət olmaqla böyük ambisiyaları var və artıq yaşıl enerji ilə bağlı bəzi layihələrdə böyük irəliləyiş əldə edib.

Boston Consulting Group (BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Patrik Herhold deyib ki, Azərbaycanın həm günəş, həm də külək potensialı var:

"Yaşıl enerjiyə keçiddə tam istifadəni həyata keçirmək üçün strateji siyasəti də düzgün yerinə yetirilməsi lazımdır. Hökumət və vətəndaş cəmiyyəti arasında əlaqə genişləndirilməlidir ki, yaşıl enerjiyə keçid barədə əhali məlumatlandırılsın".

O vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyəli bazarlarda çox aktivdir.

İqlim Texnologiyası Həlləri üzrə Baş Vitse-Prezident Allessandro Bresciani panel sessiyadakı çıxışında qeyd edib ki, emissiyaların azaldılması məsələsi gələcək illərdə də aktiv mövzu olaraq qalacaq:

"İnsanlar çalışmalıdır ki, karbon emissiyaların azaldılması üçün səy göstərsinlər".

"Siemens" Enerjinin vitse-prezidenti Maxim Zubov bildirib ki, dekorbanizasiya üçün bütün tərəfdaşlar sxemləri təkrar işləməlidir:

COP28-in enerji keçidi direktoru Abdulla Malek panel müzakirəsində vurğulayıb ki, Azərbaycanda COP29-un keçirilməsinə çox az qalıb:

"COP29 Prezidentliyi ilə birgə ötən həftə özəl və dövlət sektorunu da bu sahəyə cəlb etdik. COP29-da yaşıl enerjinin saxlanılması da diqqət mərkəzindədir".