30 sentyabr 2024 14:13
90

“SOCAR Green” "yaşıl" enerji layihələrində böyük irəliləyiş əldə edib - Elmir Musayev

“SOCAR Green” "yaşıl" enerji layihələrində böyük irəliləyiş əldə edib.

“İki sahil” xəbər verir ki, bu barədə “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində bildirib.

"Yaşıl enerji keçidi və iqlim dayanıqlılığı SOCAR-a qlobal bazarda iştirakını genişləndirmək imkanı verib", - E.Musayev qeyd edib.

O, şirkətin 2050-ci ilə qədər "xalis sıfır" (Net Zero) hədəfinə çatmağa yönələn strategiyasını xatırladıb.

E.Musayev “SOCAR Green”in gənc bir şirkət olaraq (2024-cü ildən fəaliyyət göstərir) böyük ambisiyalara malik olduğunu və artıq "yaşıl" enerji ilə bağlı bir sıra layihələrdə əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.

"Bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 qiqavatdır. Bu nəzərə alınaraq, biz “MASDAR” ilə birlikdə bu sahədə layihənin imkanlarını qiymətləndiririk", - o əlavə edib.

Eyni zamanda, o, “ACWA power”, “bp”, “Total”, “Uniper” və Çin enerji şirkətləri ilə əməkdaşlığını da qeyd edib.