30 sentyabr 2024 15:39
81

Anar Quliyev: Azərbaycanda dayanıqlı şəhərsalma üzrə bir sıra tikinti şirkətləri öhdəliklər götürüblər

İqlim dəyişikliyinə dayanıqlı şəhərsalma Azərbaycan üçün prioritet sahələrdən biridir və artıq bir sıra tikinti şirkətləri bu sahədə öhdəliklər götürüblər.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.

Onun sözlərinə görə, urbanizasiyanın artması, iqlim dəyişikliyi innovativ həllər tələb edir: "Şəhərlər elə dizayn edilməlidir ki, gələcəkdə də dayanıqlı olsunlar. Karbon emissiyalarının 70 %-i şəhərlərdə yaranır. Bakının 2040-cı ilədək olan Baş planı bir nümunə kimi göstərilə bilər. Yaşıl binalar, bərpaedilən enerjinin təbliği bütün şəhərsalmanın əsas elementlərindən biridir. Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirində də bu mövzuda müzakirələr keçiriləcək".

A Quliyev qeyd edib ki, özəl sektor, xüsusilə tikinti sektoru bu sahədə mühüm rol oynayır: "Artıq bir sıra tikinti şirkətləri bu sahədə təcrübələrini həyata keçirmək öhdəliklərini götürüblər".