30 sentyabr 2024 17:27
91

Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 2-ci günü başa çatıb

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 2-ci günü uğurla başa çatıb.

“İki sahil” xəbər verir ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində keçirilir.

Bakı Konqres Mərkəzində baş tutan tədbirin 2-ci günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.

"Müstəqil cinayət ədliyyə sisteminin üç əsas sütununu tarazlaşdırmaq üçün milli yanaşmalar - problemlər və cavablar" plenar sessiyası, “Prokurorun ittiham tərəfi ilə müdafiə tərəfi arasında bərabərliyin təmin edilməsində rolu”, “Cəza prosesində prokurorun rolu” seminarlarında səmərəli fikir mübadilələri baş tutub, müzakirələr aparılıb.