01 oktyabr 2024 17:16
83

İlin sonuna qədər logistikanın subsidiyalaşdırılması reallaşacaq

Azərbaycanla Səudiyyə Ərəbistan arasında keçirilən görüşlərin daha məhsuldar olması və layihələrə çevrilməsi əsas hədəflərdəndir.

“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Səudiyyə Ərəbistanı Bigə İşgüzar Şurasının Bakıda keçirilən 5-ci iclasında bildirib.

"Biz çox istəyirik ki, 6-cı iclasda sahibkarlar artıq real layihələr barədə danışsınlar", - deyə o qeyd edib.

Y. Abdullayev həmçinin deyib ki, AZPROMO iki ölkənin ticarət əlaqələrini təşviq edir: "Bu ilin mayında Səudiyyə Ərəbistanda keçirilmiş "Saudi Food Show"da Azərbaycan vahid ölkə stendi ilə təmsil olunub. Bu, ənənə növbəti il də davam edəcək".

"Bu ilin sonuna qədər Azərbaycanda logistikanın subsidiyalaşdırılması reallaşacaq. Yenilik iki ölkə arasında ticarət əlaqələrinin inkişafına xidmət edəcək və əngəlləri aradan qaldıracaq", - deyə AZPROMO rəsmisi əlavə edib.