Cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizədə iştirakçı dövlətlər həmfikirdir.
“İki sahil” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının bağlanış mərasimində deyib.
O bildirib ki, Bakıda keçirilən konfrans üzv ölkələrin prokurorluq və ədliyyə qurumları arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcək.