05 oktyabr 2024 12:45
107

Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib

Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşüb.

“İki sahil” Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə “Hidrogen Bəyannaməsi”nin COP29 Sədrliyinin enerji təşəbbüslərindən biri olduğu, ölkəmizdə hazırda hidrogen strategiyasının hazırlandığı və dənizdə külək enerjisi əsasında hidrogen istehsalı və ixracını nəzərdə tutan layihələr barədə məlumatlar verilib.

COP zamanı hidrogen mövzusunda tədbirlərdə iştirak və əməkdaşlıq imkanları müzakirə edilib. COP-da uğurlu nəticə əldə etmək üçün Hidrogen Şurasının maraqlı dairələrin cəlbi istiqamətində dəstəyi təklif olunub.