05 oktyabr 2024 15:10
81

“Gəncə” Corc Deven Petersonla anlaşıb

“Gəncə” daha bir basketbolçunu heyətinə qatıb.

“İki sahil” xəbər verir ki, Klubdan verilən məlumata görə, qərb təmsilçisi ABŞ-dan olan Corc Deven Petersonla anlaşıb. Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 188 santimetr boyunda olan Peterson ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı basketbolçu Asiya ölkəsində "Hanoy Baffalos" klubunun şərəfini qoruyub.