05 oktyabr 2024 15:15
102

İlhamiyyə Rzayeva: Gözəl bir yaşayış kompleksinin tikildiyini müşahidə edirik

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təməlini qoyduğu 14 mənzilli Zəngilan yaşayış kompleksində minimalizm, modernizm üslublarından istifadə edilib.

“İki sahil” xəbər verir ki,  bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib. Onun sözlərinə görə, Zəngilan şəhərində “Böyük Qayıdış dövlət proqramı”na əsasən yüksək intensivliklə davam edir: “Belə yaşayış komplekslərindən biri də 14 mənzilli yaşayış kompleksidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu kompleksə baxış keçiriblər. Kompleksdə davam edən işlərlə tanış olublar”.

O bildirib ki, bu yaşayış kompleksinin 1,192 hektar ərazini əhatə edir: “Kompleks 12 binadan ibarətdir. Burada minimalizm, modernizm üslublarından, həmçinin milli ornamentlərdən də istifadə olunur. Yaşayış kompleksi şəhərin çox funksional yerində yerləşir. Kompleksin ətrafına məktəb və uşaq baxçası da tikilir. Şəhər parkına yaxın yerdədir. Gözəl bir yaşayış kompleksinin tikildiyini müşahidə edirik”.