05 oktyabr 2024 16:13
93

Çimərlik futbolu üzrə millimiz Gürcüstan yığmasını məğlub edib

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

“İki sahil” xəbər verir ki,  Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığmasını 7:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İngiltərədən güclü olub - 4:0. Seçməmiz oktyabrın 7-də İspaniya (saat 20:00) ilə qarşılaşacaq.