05 oktyabr 2024 18:06
84

Üç gimnastımız finala vəsiqə qazanıb

Azərbaycanın bədii gimnastları Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite Cup” turnirində finala vəsiqə qazanıblar.

“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, böyüklər arasında İlona Zeynalova, yeniyetmələrdə isə Azadə Atakişiyeva və Məryəm Baloğlanova həlledici mərhələyə yüksəliblər.

Qeyd edək ki, oktyabrın 4-də start götürən yarışa bu gün yekun vurulacaq.