05 oktyabr 2024 19:05
97

"Şamaxı" məğlub olub

Azərbaycan Premyer Liqasında "Səbail" "Şamaxı"nı məğlub edib.

“İki sahil” xəbər verir ki,  IX turun növbəti oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Qarşılaşmada ilk qolu qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapsısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib. Bu qələbə sayəsinsə xallarının sayını 7-yə çatdıran "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Şamaxı" isə 12 xalla 6-cı sırada qərarlaşıb.

Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib.