06 oktyabr 2024 14:09
88

“Volkswagen” Almaniyadakı zavodlarını bağlayır?

Avtomobil istehsalçısı "Volkswagen" Almaniyadakı zavodlarını bağlaya və on minlərlə işçini işdən çıxara bilər.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qəzet xatırladır ki, sentyabrda şirkət il üçün nəticələrin proqnozlaşdırılandan daha pis olacağı barədə xəbərdarlıq etmişdi.

Konsernin rəhbəri Oliver Blumenin sözlərinə görə, son 15 ildə şirkət hər il lazım olandan 1,5 milyard avro çox xərcləyib.

Əgər şirkət Almaniyadakı zavodlarını bağlamağa məcbur olarsa, bu, konsernin 90 illik tarixində ilk belə hal olacaq.

Bir müddət öncə "Manager Magazin" yazmışdı ki, "Volkswagen" ortamüddətli perspektivdə 30 minə qədər işçisini ixtisar edə bilər.