06 oktyabr 2024 14:32
86

Livanın Baş naziri: İsrailə təzyiq göstərməliyik

Livanın Baş naziri Nəcib Mikati İsraili atəşi dərhal dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə İkinci Livan Müharibəsinə son qoymaq üçün qəbul edilən 1701 saylı qətnaməsini yerinə yetirməyə çağırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "LBCI" televiziya kanalı xəbər verib. "Atəşkəs rejiminə riayət etməsi və 1701 saylı qətnaməni dərhal yerinə yetirməsi üçün İsrailə təzyiq göstərməliyik", - deyə N.Mikati bildirib. O, həmçinin ABŞ və Fransanın İsrail və "Hizbullah" arasında hərbi əməliyyatlarda müvəqqəti fasilə yaratmaq təşəbbüsünü dəstəklədiyini bildirib.