06 oktyabr 2024 19:27
96

Referendumun nəticəsi 7 gün ərzində açıqlanacaq

Qazaxıstanda ölkədə atom elektrik stansiyasının (AES) tikintisinə dair keçirilən referendumda səsvermə başa çatıb.

“İki sahil” xəbər verir ki,  artıq saat 14.00-a qədər seçicilərin 51,77 faizi səs verdiyi, beləliklə, 50 faizlik baryer aşıldığına görə artıq referendum baş tutmuş sayılıb. Saat 18.00-a seçici fəallığı 61,56 faiz olub. Saat 20.00-da başa çatan referendumda yekun seçici fəallığı yaxın saatlarda açıqlanacaq.

Qeyd edək ki, ölkədə AES tikilməsi üçün referendumda səs verənlərin 50 faizindən çoxunun bu qərarı dəstəkləməsi lazımdır. Referendumun nəticəsi səsvermədən sonra 7 gün ərzində açıqlanmalıdır.