07 oktyabr 2024 17:42
326

Yalçın Rəfiyev SBM komissiyasının iclasında çıxış edib

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev 6.4-cü maddə üzrə Nəzarət orqanının (SBM) Bakıda keçirilən 14-cü iclasında çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

“Baş danışıqçı Yalçın Rəfiyev qalan alət və göstərişləri tamamlamaq və təsdiq üçün tərəflərə təqdim etmək məqsədilə SBM-in mümkün olan hər şeyi edəcəyinə və bunun da qarşıdan gələn COP29-da 6-cı Maddənin mexanizmlərinin tam şəkildə tətbiqinə kömək edəcəyinə COP sədrliyinin əminliyini ifadə edib”, - məlumatda bildirilib.