Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əsas diqqət iqlim tədbirlərinin həyata keçirilməsi yollarına yönəldiləcək.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) deyib.
O vurğulayıb ki, qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur: “Qəbul etməli olduğumuz qərarlar bütün ölkələrin öz iqlim məqsədlərinə çatmaq imkanını necə təmin edə biləcəyimizi müəyyən edəcək”.
S.Stil, həmçinin beynəlxalq ictimaiyyəti və tərəfləri əməkdaşlığa çağırıb. Bundan əlavə o, Pre-COP29-un nəticələr əldə etməyə kömək edəcəyinə və qarşıdan gələn sessiya üçün əsas rol oynayacağına ümid etdiyini bildirib.