12 oktyabr 2024 20:51
98

Slovakiya və Azərbaycan millilərinin Bakıda mətbuat konfranslarının vaxtı bəlli olub

UEFA Millətlər Liqasının qrup mərhələsindəki Azərbaycan - Slovakiya oyunundan əvvəl təşkil ediləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

"İki sahil" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də ilk olaraq saat 16:15-də Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandıracaq. Yığmamızın açıq məşqi saat 17:00-da olacaq. Saat 18:45-də qonaq komandanın açıq məşqi, 19:30-da isə mətbuat konfransı gerçəkləşəcək.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.