12 oktyabr 2024 21:10
100

Cüdoçusumuz Aktau Açıq Asiya turnirinin ilk günündə qızıl medal əldə edib

Azərbaycan cüdoçusu Aktau Açıq Asiya turnirinin ilk günündə 1 qızıl medal qazanıb.

Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib. Kişilər arasında -60 kq. çəkidə Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl mükafat qazanıb.