14 oktyabr 2024 22:18
107

Küçədə naməlum kişi meyiti aşkarlanıb

Sumqayıtda küçədə 40-45 yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir-red) meyiti aşkarlanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən parkların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.