16 oktyabr 2024 11:42
87

Bayden Almaniyada Avropa liderlərii ilə görüşəcək- CNN

ABŞ prezidenti Co Bayden bu həftə Almaniyaya səfər edəcək.

O, üç Avropa lideri ilə görüşmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qərb rəsmiləri nəşrə verdiyi şərhdə qeyd ediblər ki, Co Baydenin bu həftə Berlində Almaniya kansleri Olaf Şoltz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşü gözlənilir.