16 oktyabr 2024 15:34
92

Türkiyə banklarında rubl hesabı açmaq məhdudlaşdırılıb?

Türkiyənin ən böyük banklarından biri olan DenizBank, rubl hesablarının açılmasında heç bir çətinlik olmadığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, “RİA Novosti-yə kredit təşkilatının nümayəndəsi sosial şəbəkələrdə bu xidmətlə bağlı problemlər barədə məlumatı belə şərh edib.

“Rublda hesablar açılır. Sadəcə filiallarımızdan birinə müraciət etmək kifayətdir”, - deyə bank nümayəndəsi bildirib.

Sosial şəbəkələrdə Türkiyədə yaşayan rusların üçün bu ölkə banklarının rublla hesab açmaqdan kütləvi şəkildə imtina etdiyi barədə xəbərlər yayılıb. İddia olunur ki, yaşayış icazəniz olsa belə, hesab açmaq mümkün deyil. Avqustun sonunda dövlət bankı Ziraatın Ankaradakı nümayəndəsi bildirib ki, rublla hesab açılmır.