16 oktyabr 2024 15:51
85

Bir şəxsin adına ancaq bir SİM kart ola bilər - YENİ QAYDA

Qazaxıstanda  telefon nömrələrinin ancaq hökumət portalı vasitəsilə verilməsi planlaşdırılır.

“İki sahil” “Zakon.kz”ya istinadla xəbər verir ki, ölkənin Rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Asxat Orazbekin sözlərinə görə, bu tədbir telefon fırıldaqçılığının qarşısını almaq üçün nəzərdə tutulub. Qazaxıstanın müvafiq nazirliyi yaxın gələcəkdə müvafiq qanunvericilik təşəbbüsü təqdim edəcək.

“Hazırda rabitə operatorları istifadəçilərə nömrələr və SİM kartlar verirlər. Nömrə planını dövlətə qaytaracağıq və vətəndaşlar elektron hökumət portalında və ya eGov mobil tətbiqi vasitəsilə mobil və ya stasionar nömrəni alacaqlar”, - deyə, nazir müavini bildirib.  

Bundan əlavə, hər bir fiziki şəxs üçün alınan SİM kartların sayı məhdudlaşdırılacaq.  Kommersiya məqsədləri üçün SİM kartları nəzarətsiz alan hüquqi şəxslər hər nömrə üçün onun istifadəsini əsaslandırmalı olacaqlar.