16 oktyabr 2024 11:46
94

Çindən Tayvana XƏBƏRDARLIQ: MƏHV EDƏRİK!

Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsinin sədri Çen Binhua bildirib ki, Çin Tayvana qarşı güc tətbiqindən heç vaxt imtina etməyəcək.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, Tayvan risk edərsə bunun onun məhvinə gətirib çıxaracağını deyib. Onun sözlərinə görə, Pekin ada ilə sülh yolu ilə birləşməyə çalışmağa hazırdır.

“Biz son dərəcə səmimiyyət və tam qətiyyətlə sülh yolu ilə birləşməyə səy göstərməyə hazır olduğumuzu bəyan edirik. Eyni zamanda, biz heç vaxt güc tətbiqindən imtina etməyi öhdəsinə götürməyəcəyik”, - deyə, Çen Binhua mətbuat konfransında deyib.

Çen Binhua bu barədə Tayvan yaxınlığında hərbi təlimlər zamanı açıqlama verib: “Tayvanın nə qədər əsgəri və nə qədər silahı olmasının əhəmiyyəti yoxdur və kənar qüvvələrin müdaxilə edib-etməməsinin əhəmiyyəti yoxdur, əgər Tayvan risk almağa cəsarət etsə, bu, öz məhvinə gətirib çıxaracaq.”