16 oktyabr 2024 12:03
85

Qəzzada əkin sahələrinin 70%-i yararsız haldadır- BMT

Qəzza zolağının 15 min hektar kənd təsərrüfatı sahəsinin ən azı 68%-i döyüşlər nəticəsində yararsız vəziyyətə düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəliyinə istinadən məlumat yayıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və təşkilatın “UNOSAT” peyk mərkəzinin apardığı hesablamalar göstərir ki, ən çox ziyan dəymiş torpaqlar (təxminən 2,6 min hektar) Xan Yunisdə, ən yüksək nisbət isə (78,2%) Fələstin anklavının şimalında qeydə alınıb.

Qeyd olunur ki, sentyabr ayında əhalinin təxminən 70%-ni təşkil edən 1,4 milyona yaxın qəzzalı aylıq ərzaq payını ala bilməyib. BMT-nin məlumatında bildirilib ki, Qəzzaya daxil olan humanitar yardımın həcmi son aylarda ən aşağı səviyyəyə düşüb. Fələstin anklavının 1,4 milyona yaxın sakini içməli su çatışmazlığı da yaşayır.