16 oktyabr 2024 12:18
87

Qazaxıstan BRİKS-ə üzv olmaq üçün təklif alıb, amma...

Qazaxıstan hələlik BRİKS-ə üzv olmaq üçün müraciət etməkdən çəkinir. Lakin ölkə prezidenti Kasım-Jomart Tokayev Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu barədə onun müşaviri və mətbuat katibi Berik Uali məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstan universal beynəlxalq təşkilat kimi BMT-yə üstünlük verir.

O, bildirib ki, Qazaxıstan prezidenti ölkənin BRİKS-ə qoşulması ilə bağlı təkliflər alıb və onların hər birinə baxılıb. Bununla belə, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən çəkinəcək. Buna səbəb kimi Berik Uali üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini, həmçinin “bu birliyin inkişaf perspektivləri ilə bağlı digər məsələləri” adlandırıb.