16 oktyabr 2024 12:23
94

Qırğızıstan Prezidenti Qərbi İTTİHAM ETDİ

Qərb ölkələrinin Moskva ilə əməkdaşlığı dayandırmaq üçün Bişkekə müraciət etməsi Qərbin Rusiyaya nifrətindən qaynaqlanır.

“İki sahil” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov  “Kabar” dövlət agentliyinə müsahibəsində deyib.

O, agentliyin Rusiya ilə əməkdaşlığın dayandırılması ilə bağlı müraciətlərin Moskvaya qarşı tətbiq edilən sanksiyalarla, yoxsa Bişkekin guya onlardan yan keçməyə kömək etdiyinə dair şübhə ilə bağlı sualını cavablandırıb.

“Əlbəttə, biz BMT üzvü olaraq Rusiyaya qarşı məhdudiyyətlərə məruz qalan sanksiya malları ilə işləmirik. Ona görə də bu məsələ ilə bağlı bizə qarşı heç bir iddia irəli sürə bilməzlər. Heç bir şübhə yoxdur və ola da bilməz. Görünən odur ki, bu, sadəcə Rusiyaya nifrətdir”, - deyə Japarov bildirib.