16 oktyabr 2024 17:32
106

Dünya yeni elektrik dövrünə keçir

Dünya 2030-cu ilə qədər neft və qaz tələbatının pik həddə çatacağı “yeni elektrik dövrünə” keçir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

BEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, bu onilliyin ikinci yarısında geosiyasi gərginliklərin necə inkişaf etməsindən asılı olaraq, neft və təbii qazın daha çox, hətta artıqlaması perspektivi bizi çox fərqli enerji dünyasına aparacaq.

Onun sözlərinə görə, bu, qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Bundan əlavə, 2030-cu ilə qədər kömür, neft və qaza tələbatın pik həddə çatacağı qeyd edilir. Həddindən artıq tədarük yaşıl enerjiyə investisiyaları stimullaşdıra bilər:  “Təmiz enerjinin sürətlə böyüməyə davam etməsi üçün yeni enerji sistemlərinə, xüsusən də elektrik şəbəkələrinə və enerji anbarına daha çox investisiya lazımdır”.