16 oktyabr 2024 17:18
94

Ukraynadakı müharibə tezliklə bitəcək- Slovakiya Baş naziri

Ukraynadakı müharibə tezliklə bitəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının sammitinə yola düşməzdən əvvəl Milli Şuranın Avropa məsələləri üzrə komitəsinin iclasında deyib.

O, Ukraynada müharibənin qısa müddətdə başa çatması ehtimalının çox yüksək olduğunu və indiki şəraitdə ədalətli sülhün əldə oluna biləcəyinə əmin olmadığını bildirib.