16 oktyabr 2024 20:00
97

Ərdoğan Bərzanini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraq Kürdüstan regionunun başçısı Nəçirvan Bərzanini qəbul edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Prezident iqamətgahında baş tutan görüşün detalları hələlik açıqlanmayıb.

Fotolardan qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirak etdiyi məlumdur.