16 oktyabr 2024 21:48
89

Qəzzada olmaq bizim uzunmüddətli hədəfimiz deyil - Denni Danon

İsrailin Qəzza zolağını idarə etməyi uzunmüddətli məqsəd kimi hədəfləmir, lakin təhlükəsizliyi təmin etmək üçün bir müddət anklavda qalacaq.

“İki sahil”  TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib.

“Qəzzada olmaq bizim uzunmüddətli hədəfimiz deyil. Düşünürəm ki, gələcəkdə təhlükəsizliyi təmin etmək üçün bölgədə qalacağıq, lakin Qəzzada gündəlik həyatı idarə etmək istəyimiz yoxdur”, - o deyib.

Danon həmçinin əlavə edib ki, İsrail hakimiyyəti Fələstin anklavında humanitar yardımın paylanmasını nəzarətə götürmək istəmir.