16 oktyabr 2024 21:15
98

Dünyada ilk 6 tonluq pilotsuz uçuş aparatı təqdim edilib

Çinin “United Aircraft Group” şirkəti dünyanın ən böyük tiltrotoru sayılan unikal “Lanying R6000” pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. Çəkisi 6 ton olan bu təyyarə 2 tona qədər yükdaşıma qabiliyyətinə malikdir və həm pilotsuz, həm də pilotsuz rejimdə idarə oluna bilər.

“İki sahil” xəbər verir ki,  “Lanying R6000”, eyni zamanda, 10 sərnişin tutumuna malikdir, onun maksimal uçuş məsafəsi 4000 kilometr, sürəti isə saatda 550 kilometrdir. PUA 7620 metr hündürlükdə uça bilir.

2024-cü ilin yayında PUA-nın ilk sınaqları uğurla keçirilib və 20 dəqiqəlik uçuş zamanı bütün sistemlərin qüsursuz işləməsi nümayiş etdirilib.

“Lanying R6000” şaquli şəkildə qalxmaq və enmək, eləcə də havada uçmaq qabiliyyəti ilə seçilir. Konstruktorlar bu PUA-nın nəqliyyat, logistika və hərbi sektorlarda, o cümlədən müdafiə və axtarış-xilasetmə əməliyyatlarında istifadəsinin geniş perspektivlərini görürlər.

Bu hava-nəqliyyat vasitəsinin inşası on ildən çox çəkib. Mürəkkəb PUA-nın kütləvi istehsalını təşkil etmək üçün Birləşmiş Təyyarə Qrupu inkişafdan istismara qədər bütün mərhələləri əhatə edən 200-dən çox müəssisənin səylərini birləşdirib. (AZƏRTAC)